Boksçularımız Macarıstanda beynəlxalq turnirdə iştirak edəcək

 Boksçularımız Macarıstanda beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları martın 17-də Macarıstanın Debretsen şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

"Mediasport" xəbər verir ki, 5 gün davam edəcək yarışdaölkəmiz 9 idmançı ilə təmsil olunacaq.

Kişilərin yarışında rinqə Amin Məmmədzadə (55 kq), Nəbi İsgəndərov, Nicat Alırzayev (hər ikisi 70 kq), Abbasqulu Şadlinski (75 kq), Həsən Osmanlı (80 kq), Ramal Həsənli, Rauf Rəhimov (hər ikisi 85 kq), qadınlarda isə Zeynəb Rəhimova (54 kq) və Emili Rzayeva (60 kq) çıxacaqlar.

Komandamız məşqçilər Rafiq İsmayılovla Rəhim Allahverdiyevin rəhbərliyi altında mübarizə aparacaq.

Anar Nağdıyev turnirin hakimləri arasında yer alacaq.