Bakıda keçiriləcək Millətlər Liqasının oyun təqvimi açıqlandı

Bakıda keçiriləcək amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarının təqvimi açıqlanıb.
"Mediasport" xəbər verir ki, oktyabrın 17-də start götürəcək turnirdə 5 komanda yarışacaq.
Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri 3 gün ərzində mübarizə aparacaqlar.
Bütün görüşlər "Bayıl Arena"da keçiriləcək.
Millətlər Liqası. C qrupu
17 oktyabr
13:00. Azərbaycan – Belçika
15:00. İsrail – Ukrayna
17:00. Niderland – Belçika
18 oktyabr
11:00. Ukrayna – Niderland
13:00. Azərbaycan – İsrail
15:00. Ukrayna – Belçika
17:00. İsrail – Niderland
19 oktyabr
11:00. Azərbaycan – Niderland
15:00. Belçika – İsrail
17:00. Azərbaycan - Ukrayna