"Turan Tovuz" yoxlama matçında Türkiyə klubuna qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" üçüncü yoxlama oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Kurban Berdiyevin komandası yerli "İğdır"la qarşılaşıb.
Görüş təmsilçimizin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Yeganə qolu Joarlem Batista vurub.
Qeyd edək ki, Tovuz kluub hazırlıq çərçivəsində İranın U-21 millisi və "Fatih Karagümrük"lə bərabərə qalıb (1:1).


