Azərbaycan millisi Bolqarıstan turnirini fiasko ilə başa vurdu

 Azərbaycan millisi Bolqarıstan turnirini fiasko ilə başa vurdu

Kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası İnkişaf etməkdə olan ölkələrin çempionatında uğursuz çıxış edib.

"Mediasport" xəbər verir ki, yığmamız Bolqarıstanın Varna şəhərində keçirilən turnirdə hər 3 oyunda məğlubiyyət yaşayıb.

"B" qrupunda yer alan komandamız son olaraq ABŞ həndbolçularına uduzub - 25:45.

Qeyd edək ki, komandamız daha əvvəl Moldova (21:33) və Nigeriya seçməsi ilə bacarmayıb (17:29).