"Barselona" və "Liverpul" UEFA Çempionlar Liqası ilə vidalaşdı

"Barselona" və "Liverpul" UEFA Çempionlar Liqası ilə vidalaşdı

UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar məlum olub.

"Mediasport" xəbər verir ki, ilk gündə 1/4 finalın cavab oyunları çərçivəsində iki görüş keçirilib.

Ötən həftə "Nou Kamp"da "Barselona"ya qalib gəlmiş "Atletiko" Madriddə məğlub olsa da, iki görüşün nəticəsinə görə mərhələ keçib.

Turnirin son qalibi PSJ isə Parisdə 2 cavabsız qolla məğlub etdiyi "Liverpul"u səfərdə də eyni hesabla üstələyib.

1/4 finalın digər iki matçı bu axşam baş tutacaq.


UEFA Çempionlar Liqası. 1/4 final. Cavab oyunları


"Atletiko" (Madrid, İspaniya) - "Barselona" (İspaniya) 1:2

(ilk oyun - 2:0)

"Liverpul" (İngiltərə) - PSJ (Fransa) 0:2

(ilk oyun - 0:2)