6 komanda bu gün Çempionlar Liqasında 3-cü mərhələyə çıxacaq
Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşləri start götürəcək.
"Mediasport" xəbər verir ki, ilk gündə 6 oyun baş tutacaq.
Bununla da ilk 6 komanda 3-cü raunda vəsiqəni təmin edəcək.
Azərbaycan çempionu "Sabah" Finlandiyada meydana çıxacaq.
Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin formasını geyindiyi Albaniyanın "Eqnatiya" klubu Sloveniyada qonaq olacaq.
Mərhələyə sabah 8 qarşılaşma ilə yekun vurulacaq.
UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunları
19:00. "KuPS" (Finlandiya) – "Sabah" (Azərbaycan) (ilk oyun - 0:1)
20:00. "Linkoln" (Cəbəllütariq) – "Myalbü" (İsveç) (ilk oyun - 0:3)
22:00. "Dinamo" Zaqreb (Xorvatiya) – "Tun" (İsveçrə) (ilk oyun - 1:1)
22:15. "Çelye" - "Eqnatiya" (Albaniya) (ilk oyun - 3:3)
22:45. "Harts" (Şotlandiya) – "Şturm" (Avstriya) (ilk oyun - 0:4)
23:00. "Şamrok" (İrlandiya) – "Ararat-Armeniya" (Ermənistan) (ilk oyun - 0:2)


