Baxşıyev 14:0 haqda: "Rəqibin nəyə qadir olduğu haqda məlumatlı idik"

Baxşıyev 14:0 haqda: "Rəqibin nəyə qadir olduğu haqda məlumatlı idik"

"Bu ilk yoxlama oyunumuz idi. Əlbəttə, rəqibimizin nəyə qadir olduğu haqda məlumatlı idik".

"Mediasport" xəbər verir ki, bu sözləri "Araz-Naxçıvanın baş məşqçisi Elmar Baxşıyev deyib.

Mütəxəssis Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində həvəskar "Bayburtspor" klubu ilə yoxlama matçı və ümumi hazırlıq haqda danışıb.

“İyulun 6-dan hazırlığımızı Ərzurumda davam etdiririk. Gün ərzində 2 məşq keçirik. Futbolçular günün birinci yarısında fitnes-zalda, ikinci məşqi isə meydanda reallaşdırır.

Bu gün bütün futbolçuları sınamaq və oyun ritminə gətirmək istəyirdik. Məqsədimiz yeni futbolçuların komandaya uyğunlaşması, xətlərarası əlaqənin yaxşılaşdırılması idi.

Bu cür oyunlarda nəticə yox, meydana çıxan futbolçuların verilən tapşırıqları nə dərəcədə icra etməsidir. Hər kəs istəkli idi. Çalışmalarımız davam edir. Rəsmi oyuna qədər olan müddətdən maksimum istifadə etmək və hazır olmaq istəyirik”.

Qeyd edək ki, "Araz-Naxçıvan" yoxlama oyununda rəqib qapısından 14 cavabsız top keçirib.