"Onları sevindirmək üçün bütün gücümüzü səfərbər etmişik"

"Onları sevindirmək üçün bütün gücümüzü səfərbər etmişik"

"Bu, ilk matçımız idi. Keçdiyimiz məşqlərin müqabilində futbolçuları yoxladıq. İlk yarıda bərabər səviyyəli oyun oldu".

"Mediasport" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.

Mütəxəssis yoxlama matçında "Qəbələ"yə 0:2 hesablı məğlubiyyəti şərh edib:

"Fasilədən sonra yerli gəncləri sınamaq istədik. Ona görə meydanda onlara şans verdik. Oyunda yaxşı məqamlar oldu ki, bizi ümidləndirdi.

Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. İnkişaf etməyə davam edəcəyik. Təbii ki, seleksiya işlərimizi də unutmuruq. Komanda hələ komplektləşməyib.

Yeni oyunçular heyətə qoşulacaq. Qarşıda növbəti yoxlama oyunları var. Qəbələyə dəstəyə görə gələn azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Onları sevindirmək üçün bütün gücümüzü səfərbər etmişik".