Millimiz Avropa zonasında qrup 2-cisi oldu - Dünya çempionatı

Millimiz Avropa zonasında qrup 2-cisi oldu - Dünya çempionatı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində son oyununu keçirib.

"Mediasport" xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan komandamız səfərdə Şimali Makedoniya yığması üzərində inamlı qələbə qazanıb.

Lakin qrupda yalnız macarlara uduzan və 12 xal (4 qələbə) toplayan futbolçularımız ən yaxşı 2-ci yerin sahiblərindən biri kimi pley-offa vəsiqə əldə edə bilməyiblər.

Bu, seçmə mərhələnin yekununa əsasən rəsmiləşib.


DÇ-2027. Avropa zonası üzrə seçmə mərhələ. C Liqası, 3-cü qrup. 6-cı tur


Şimali Makedoniya - Azərbaycan 1:3

Qollar: Hava Mustafa, 11 - Krsitina Bakarandze, 8, Manə Mollayeva, 28, Nigar Mirzəliyeva, 37.

Baş hakim: Teona Sturua

Baş hakimin köməkçiləri: Elene Eloşvili, Sopo Tsulaya

Dördüncü hakim: Tamta Şengelia

Bitola, "Petar Miloşevski" stadionu.