AFFA "Sabah"ı 3100 manat, "Neftçi"ni 800 manat cərimələdi

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Sabah"la "Neftçi" arasında keçirilmiş cavab oyununda qeydə alınmış neqativ hadisələrlə bağlı cəzaları açıqlayıb.
"Mediasport" xəbər verir ki, "Sabah" görüş bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə 800 manat cərimə edilib.
Masazır təmsilçisi azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə 800, pirotexniki vasitədən istifadə edildiyi üçün isə 1500 manat ziyana düşüb.
AFFA İntizam Komitəsi azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə “Neftçi” klubunu da 800 manat cərimələyib.