Slaven Biliç yenidən Xorvatiya yığmasının baş məşqçisi oldu

Slaven Biliç yenidən Xorvatiya yığmasının baş məşqçisi oldu

Futbol üzrə Xorvatiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, yığmanı Slaven Biliç çalışdıracaq.

57 yaşlı mütəxəssis bu postda istefa verən Zlatko Daliçi əvəzləyib.

Müqavilənin detalları hələlik açıqlanmayıb.

Xatırladaq ki, Biliç 2006-2012-ci illərdə millinin baş məşqçisi olub.