DÇ-2026-ya lisenziya qazanan ölkələrin sayı 34-ə çatdı - SİYAHI
Daha 2 milli komanda 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, Avropa zonasından Almaniya və Niderland da ilk dəfə 3 ölkənin təşkilatçılığı və 48 yığmanın iştirakı ilə təşkil olunacaq mundialın əsas mərhələsində iştirak hüququ əldə edib.
Bununla da mundiala yollanacaq ölkələrdən 34-nün adı rəsmiləşib.
Xatırladaq ki, daha əvvəl ev sahibləri (Meksika, ABŞ, Kanada), Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Portuqaliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde DÇ-2026-ya yüksəlib.
Turnir gələn il 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
