Messinin DÇ-lərdə ən çox qol vurduğu komandalar hansılardır?

Messinin DÇ-lərdə ən çox qol vurduğu komandalar hansılardır?

39 yaşlı superulduz Lionel Messi dünya çempionatları tarixində 12 fərqli milli komandaya qol vurub.

"Mediasport" xəbər verir ki, argentinalı hücumçu ən çox Əlcəzair və Nigeriya yığmalarını cəzalandırıb - 3 dəfə.

Fransa və Avstriyanı 2 , Niderland, Xorvatiya, Avstraliya, İran, Bosniya və Herseqovina, Səudiyyə Ərəbistanı, Meksika və Serbiya komandasını isə 1 dəfə məyus edib.

Qeyd edək ki, hazırda davam edən Dünya Kubokunun bombardiri (5 qol) 96 illik tarixə malik mundialların final mərhələlərində vurduğu qolların sayını 18-ə çatdıraraq yeni tarixi nailiyyətə imza atıb.

Messi siyahının lideri, əfsanəvi almaniyalı Miroslav Klozeni (16) geridə qoyub.