Bölgə klubu Abubakarı gətirdi
1-ci Liqada yeni mövsümə hazırlaşan "Şimal" heyətini yeni legionerlə gücləndirib.
"Mediasport" xəbər verir ki, Xaçmaz klubu Umar Abubakarı transfer edib.
Nigeriyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
21 yaşlı afrikalı karyerası ərzində Moldovanın "Saksan" və Tacikistanın "İstiklol" komandalarında forma geyinib.


