Lider uduzdu, lider dəyişdi

Lider uduzdu, lider dəyişdi

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 7-ci tura yekun vurulub.

"Mediasport" xəbər verir ki, 3 oyun günündə lider "Şirvan" paytaxt səfərində məğlub olub.

Çempionluğa iddiasını ortaya qoyan "Qaradağ Lökbatan" növbəti qələbəsini qazanaraq 1-ci sıranı ələ keçirib.


Azərbaycan 2-ci Liqası. 7-ci tur


“Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan” 1:2

Ağstafa şəhər stadionu, 15:00

“Difai” – “Şəki” 4:1

Palms Sports Futbol Mərkəzi (IV meydança), 14:00

“Zəngəzur” – “Şirvan” 1:0

Binə qəsəbə stadionu, 15:30


13 oktyabr (çərşənbə axşamı)


“Şəmkir” – “Hypers” 2:2

Şirvan OİK stadionu, 15:00

“Dinamo” – “Kür-Araz” 9:1

Binə qəsəbə stadionu, 15:00

“Marafon” – “Ağdaş” 5:0

“Marafon Arena”, 15:00