PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının konfransında

 PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının konfransında

PFL-in üzv olduğu Dünya Liqaları Assosiasiyasının illik konfransı keçirilib.

"Mediasport" xəbər verir ki, Çexiyanın paytaxtı Praqa şəhərində baş tutan konfrans həm də Dünya Liqaları Assosiasiyasının yaradılmasının 10 illik yubileyi ilə əlamətdar olub. 

3 günü əhatə edən illik konfransa dünyanın müxtəlif qitələrindən olan 50-dən çox liqa təmsilçisi qatılıb.

Azərbaycanı tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və qurumun texniki- idman direktoru Elgiz Abbasov təmsil edib. 

Tədbir zamanı futbol ilə bağlı bir çox mühüm məsələlər müzakirə edilib.

Peşəkar Futbol Liqası qəbul edilən qərarlarda tam hüquqlu üzv kimi iştirak edib.

Eyni zamanda İtaliya A Seriyasının icraçı direktoru Luici de Siervo növbəti 4 il üçün Dünya Liqaları Assosiasiyasının prezidenti seçilib.

PFL rəsmiləri müxtəlif liqaların nümayəndələri ilə görüşlər keçirib, gələcək əməkdaşlıqların perspektivlərini müzakirə ediblər.

Yekunda Peşəkar Futbol Liqası adından Dünya Liqaları Assosiasiyasının baş katibi Jerom Perlemuterə xatirə hədiyyəsi təqdim olunub.