Premyer Liqa təmsilçisinin daha bir legioneri komandadan ayrıldı

 Premyer Liqa təmsilçisinin daha bir legioneri komandadan ayrıldı

"Şamaxı" daha bir futbolçusu ilə vidalaşıb.

"Mediasport" xəbər verir ki, bu dəfə klubdan Andrey Tirkoveanu ayrılıb.

Əyalət təmsilçisi rumıniyalı ilə başa çatan müqavilənin müddətini yeniləməyib.

2025-ci ilin yanvarından bölgə klubunun uğurları üçün çalışan Andrey 2025/2026 mövsümündə 19 oyuna çıxıb və 2 qol vurub.

Xatırladaq ki, "şirlər"i daha əvvəl Kərim Rossi, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov və Rodriqo Fernandes tərk edib.