Braziliyalı "Zirə"nin Premyer Liqada yubiley qolunun müəllifi oldu
Junior Martins "Zirə"nin Premyer Liqada 400-cü qolunun müəllifi olub.
"Mediasport" xəbər verir ki, braziliyalının həmin qolu Elitanın 33-cü turunun "Araz-Naxçıvan" - "Zirə" görüşündə (3:2) qeydə alınıb.
Bununla da qəsəbə təmsilçisi Azərbaycan çempionatları tarixində yüksək dəstədə 400 və daha çox qol vuran 10-cu komanda olub.
Rəşad Sadıqovun komandasının 400-cü qolu Premyer Liqadakı 337-ci matça təsadüf edib.
"Zirə" evdə 218, səfərdə 182 dəfə fərqlənib.
Debütü 2015/16 mövsümünə təsadüf edən klubun Premyer Liqadakı ilk qoluna Viktor İqbekoyi imza atıb.
O, 2015-ci il avqustun 9-da AZAL-la ev görüşünün (1:0) 5-ci dəqiqəsində rəqib qapısına yol tapıb.


