"Qarabağ"ın ilk qarşılaşmasının biletləri 3 manatdan satışa çıxarıldı

"Qarabağ" Azərbaycan Premyer Liqasının II turunda "Azersun Arena"da "Sumqayıt"ı qəbul edəcək.
"Mediasport" xəbər verir ki, oyunun biletləri satışa çıxarılıb.
Azarkeşlər biletləri iTicket.az saytından onlayn əldə edə bilərlər.
Biletlər oyun günü isə "iTicket"lə yanaşı, “Azersun Arena”nın kassasında satışda olacaq.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Avqustun 22-də keçiriləcək qarşılaşma saat 19:30-da başlanacaq.