Bölgə klubunda yeni təyinat

 Bölgə klubunda yeni təyinat

2-ci Liqada yarışan "Şəmkir PFK-da yeni təyinat həyata keçirilib.

"Mediasport" xəbər verir ki, Əli Qədimov klubun vitse-prezidenti vəzifəsinə təyin olunub.

O, əvvəlki mövsümdə də klubun strukturunda fəaliyyət göstərib və İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsini icra edib.

Qeyd edək ki, "Şəmkir" son mövsümü 6-cı pillədə başa vurub.