"İmişli" hücumçu transfer etdi

"İmişli" hücumçu transfer etdi

2025-26 mövsümündə Premyer Liqada mübarizəyə hazırlığını davam etdirən "İmişli" sabiq futbolçusunu heyətinə qatıb.

"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi Xəzər Mahmudovla 2 illik müqavilə bağlayıb.

Xatırladaq ki, 2023-24 mövsümündə İmişli klubunda çıxış edən 24 yaşlı forvardın son iş yeri "Baku Sportinq" olub.