"Qarabağ"ın "Turan Tovuz"la görüşünün biletləri satışa çıxarıldı
Mayın 4-də Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində keçiriləcək "Qarabağ" - “Turan Tovuz” oyununun biletləri satışa çıxarılır.
"Mediasport" xəbər verir ki, azarkeşlər biletləri sabah saat 12:00-dan etibarən əldə edə bilərlər.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 5–20 manat aralığında dəyişir.
Biletlər bu gündən iTicket.az-da onlayn satışa buraxılıb.
Oyun günü isə biletlər stadionun kassalarında və ya iTicket.az-dan satışda olacaq.
QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 19:30-da başlanacaq.
