Türkiyə klubu Konfrans Liqasında pley-off mərhələsinə yüksəldi

Türkiyə klubu Konfrans Liqasında pley-off mərhələsinə yüksəldi

UEFA Avropa Konfrans Liqasında III təsnifat mərhələsinin cavab qarşılaşmalarına start verilib.

"Mediasport" xəbər verir ki, birinci oyun günündə bir görüş keçirilib.

Türkiyə təmsilçisi "Başakşəhər" İstanbulda "Vikinq"lə heç-heçə edib (1:1) və adını pley-offa yazdırıb.

Raundun digər görüşləri bu gün baş tutacaq.

UEFA Avropa Konfrans Liqası. Cavab oyunu

"Başakşəhər" (Türkiyə) - "Vikinq" (Norveç) 1:1, İlk oyun 3:1