Cavid İmamverdiyev Azərbaycan klubu ilə müqaviləyə xitam verdi

Cavid İmamverdiyev Azərbaycan klubu ilə müqaviləyə xitam verdi

Futbol üzrə Azərbaycan 2-ci liqasında mübarizə aparan "Şəki Siti" Cavid İmamverdiyevlə vidalaşıb.

"Mediasport" xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü bölgə klubunun heyətində mövsümün əvvəlindən çıxış edirdi.

İmamverdiyev bu mövsüm 16 qolla yadda qalıb.