Azərbaycan Premyer Liqasında oynamış klub ləğv edildi - RƏSMİ

Azərbaycan Premyer Liqasında oynamış klub ləğv edildi - RƏSMİ

Azərbaycan Premyer Liqasında çıxış etmiş "Karat" futbol klubu ləğv olunub.

"Mediasport" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan dərc olunub.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 201 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, 18 komandalı Yüksək Liqada 2004/2005-ci illər mövsümündə mübarizə aparmış "Karat" yarışı 40 xalla 10-cu pillədə başa vursa da, mövsüm sonunda "Şəmkir"lə birlikdə fəaliyyətini dayandırıb.