Zamiq Əliyevi Super Liqa çempionluğundan bir xal ayırır

 Zamiq Əliyevi Super Liqa çempionluğundan bir xal ayırır

Futbol üzrə Albaniya Super Liqasında 35-ci turun oyunları keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" doğma meydanda "Skenderbeu" ilə üz-üzə gəlib.

Zamiqin 90 dəqiqə meydanda olduğu qarşılaşmada hesab açılmayıb - 0:0.

"Eqnatiya" 59 xalla liderliyini davam etdirir. Super Liqada mövsümün başa çatmasına isə 1 tur qalıb.

Əliyevin komandası aprelin 27-də "Teuta" səfərində azı 1 xal qazansa, Super Liqanın çempionu olacaq.