"Sabah" FİBA Çempionlar Liqasında ilk qələbəsini qazandı
FİBA Çempionlar Lqiasında təmsilçimiz "Sabah" basketbol klubu turnirin əsas liqasında növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, B qrupunda yer alan Rimas Kurtinaytisin komandası 5-ci tur çərçivəsində Bakıda Çexiyanın "Nimburk" kollektivi ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 105:87.
Bu, "bayquşlar"ın cari mövsüm ÇL-də ilk qalibiyyəti olub.
Bunadək keçirdiyi 4 matçın hamısında məğlub olan "Sabah" hazırda 6 xalla qrupun sonuncusudur.
Eyni xala malik "Nimburk" 3-cü sırada qərarlaşıb.
Xatırladaq ki, "Sabah"ın qrupda sonuncu dueli dekabrın 16-da Almaniyada "Alba Berlin"ə qarşı olacaq.
