"Sabah" Bakıda Almaniya klubuna, "Neftçi" səfərdə polşalılara uduzdu

 "Sabah" Bakıda Almaniya klubuna, "Neftçi" səfərdə polşalılara uduzdu

Azərbaycanın basketbol klublar avrokuboklarda növbəti oyunlarını keçiriblər.

"Mediasport" xəbər verir ki, "Sabah" FİBA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Alba" (Almaniya) ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında baş tutan qarşılaşma rəqibin qələbəsilə yelunlaşıb - 75:86.

"Neftçi" isə Avropa Kubokunun əsas mərhələsi çərçivəsində Polşada "Trefl"ə uduzub - 62:93.

Avrokuboklarda digər təmsilçimiz "Abşeron Lions"un qrupda ilk görüşü bu gün Bakıda Estoniya təmsilçisi "Kalev"ə qarşı olacaq.

Bakı İdman Sarayında keçiriləcək matç saat 19:00-da start götürəcək.