NTD oyunçuları ilə vidalaşdı, "Lənkəran"dan yeni transfer

Bu gün Azərbaycanın bir neçə basketbol klubu oyunçuları ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, NTD kapitan Əkbər Məmmədov, legionerlər Detrek Brauninq, Tayri Boykin, Kevin Allen, Qeylen Smit, Kvinton Kempbel, Zayon Pattersen və Daniel Mudi ilə yolları ayırıb.
Bununla yanaşı, gənc basketbolçular Hüseyn Məmmədov, Hacisəməd Oğuz və Məhəmməd Bazzi də komandanı tərk ediblər.
"Sumqayıt" Zayon Yanq, Endryu Louder, Kolin Qolson və Eli Lourenslə başa çatan müqavilənin müddətini artırmayıb.
"Neftçi" 28 yaşlı Devonte Qrinlə bir mövsümlük müqavilə imzalayıb.
"Quba" gürcüstanlı Levan Qoqaladze və azərbaycanlı Andrey Kondratyev ilə müqavilənin müddətini uzadıb.
"Lənkəran" isə Raşed Daysonu heyətinə qatıb.