Azərbaycan çempionatında klubların sayında dəyişiklik edildi
Azərbaycan Basketbol Liqası (ABL) 2026/2027 mövsümündə iştirakçı klubların siyahısında dəyişiklik edilib.
"Mediasport" xəbər verir ki, ABL və ölkə kubokunun keçirilməsi haqqında əsasnamənin 3.3 və 5.12-ci maddələrinə əsasən, klubların qeydiyyat tələblərinin yerinə yetirilməsi ilə bağlı aparılan qiymətləndirmənin nəticəsində ABL idarə heyəti tərəfindən müvafiq qərar qəbul olunub.
Qərara əsasən, 2026/2027 mövsümündə “Sumqayıt” BK ABL-də, “Şəki” BK isə ABL 2-də iştirak edəcək.
Beləliklə, 2026/2027 mövsümündə ABL-də iştirak edəcək 8 klubun yekun siyahısı belə olacaq: “Sabah”, “Landau Lions”, “Gəncə”, “Neftçi”, “Ordu”, “Naxçıvan”, NTD, “Sumqayıt”.

