UEFA Çempionlar Liqasında yarımfinal: PSJ "Bayern"i qəbul edir
Bu axşam UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi start götürəcək.
"Mediasport" xəbər verir ki, ilk matç Fransada baş tutacaq.
Turnirin son qalibi PSJ doğma meydanda Almaniya nəhəngi "Bayern"lə qarşılaşacaq.
Duel "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
Yarımfinalın digər görüşü sabah Madriddə "Atletiko" ilə "Arsenal" (İngiltərə) arasında olacaq.
UEFA Çempionlar Liqası. Yarımfinal. İlk oyun
23:00 PSJ (Fransa) - "Bayern" (Almaniya)
Baş hakim: Sandro Şörer (İsveçrə)
