Çempionlar Liqasında son turun ən yaxşı oyunçusu müəyyənləşdi

 Çempionlar Liqasında son turun ən yaxşı oyunçusu müəyyənləşdi

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin son turunun ən yaxşı oyunçusu məlum olub.

"Mediasport" xəbər verir ki, "Benfika"nın futbolçusu Andreas Şelderup 8-ci turun qalibi seçilib.

Madrid "Real"ı ilə qarşılaşmada 2 qol vuran norveçli vinger azarkeşlər arasında keçirilən sorğuda "Liverpul"dan Aleksis Makallister, "Bayer"dən Malik Tillman və "Çelsi"dən Joao Pedronu geridə qoyub.

Şelderupun dubl etdiyi matçda Portuqaliya təmsilçisi "kral klubu"nu məğlub edərək pley-offa yüksəlib.

Qeyd edək ki, qalib adına namizədlərdən dünya çempionu Makallister "Liverpul"un heyətində "Qarabağ"ı iki dəfə məyus edib.