Çempionlar Liqasında finala vəsiqə alan ikinci klub məlum oldu

Çempionlar Liqasında finala vəsiqə alan ikinci klub məlum oldu

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, "Bayern" yarımfinalın ikinci cütünün cavab oyununda doğma meydanda PSJ-dən revanş ala bilməyib.

Almaniyada baş tutan dueldən bərabərliklə ayrılan yarışın son qalibi ardıcıl ikinci dəfə finala vəsiqə əldə edib.

Beləliklə, mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə yerləşən "Puşkaş Arena"da keçiriləcək final matçında Fransa nəhənginin rəqibi "Arsenal" (İngiltərə) olacaq.


UEFA Çempionlar Liqası. Yarımfinal. Cavab oyunu


"Bayern" (Almaniya) - PSJ (Fransa) 1:1 ilk oyun - 4:5

Qollar: Harri Keyn, 90+4 - Usman Dembele, 3.

Baş hakim: Joau Pineyru (Portuqaliya)

Almaniya, Münhen, "Alyans Arena" stadionu.