"İnanıram ki, sabah bunu göstərə bilərik, indi hamıda milli ruh var"

"İnanıram ki, sabah bunu göstərə bilərik, indi hamıda milli ruh var"

"Rəqibimizi yaxşı tanıyırıq, güclü komandadır. Heyətlərində keyfiyyətli və kreativ oyunçular var. Çətin oyun olacaq, lakin biz matça yaxşı hazırlaşmışıq".

"Mediasport" xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Anton Krivotsyuk deyib.

Müdafiəçi sabah DÇ-2026-nın seçmə qrup mərhələsində üz-üzə gələcəkləri İslandiya yığması ilə matç haqqında düşüncələrini bölüşüb, yaxşı performans sərgiləyəcəklərinə ümid etdiyini vurğulayıb:

"Ayxan Abbasovun gəlişindən sonra komandada çox şey dəyişməsə də, indi hamıda milli ruh və yaxşı kollektivimiz var. Yaxşı nəticələr göstərməyə çalışırıq. Bunu başa düşürük. İnanıram ki, sabah da bunu göstərə bilərik".

Xatırladaq ki, 8-ci kilometr stadionunda qəsəbə keçiriləcək Azərbaycan - İslandiya oyunu saat 21:00-da başlanacaq.