Məşhur Almaniya klubu millimizin futbolçusunu transfer etmək istəyir

Məşhur Almaniya klubu millimizin futbolçusunu transfer etmək istəyir

Almaniyanın məşhur klubu "Herta" Azərbaycan millisinin üzvü Mahir Emrelini transfer etmək istəyir.

"Mediasport" xəbər verir ki, Berlin təmsilçisi karyerasını "Nürnberq"də davam etdirən hücumçunu mövsümün sonunda heyətinə qatmağa hazırlaşır.

İkiqat Almaniya çempionu klubu ilə müqaviləsi yayda başa çatacaq 28 yaşlı forvardla danışıqlara başlayıb.

Qeyd edək ki, yığmamızın futbolçusu ötən yayda "Nürnberq"də forma geyinir.