Millimiz Macarıstanda iki yoldaşlıq oyununda gücünü yoxlayacaq
Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.
"Mediasport" xəbər verir ki, yığmamız Avstriya toplanışı zamanı iki yoldaşlıq oyunu keçirəcək.
Komandamız iyunun 5-də Malta, 9-da isə San Marino yığması ilə qarşılaşacaq.
Oyunlar Macarıstanın Sombatxey şəhərində yerləşən Haladaş İdman Kompleksinin stadionunda baş tutacaq.
Hər iki görüşün Bakı vaxtı ilə saat 22:00-da başlanması nəzərdə tutulur.
