ÇL-da Cənubi Azərbaycan klubu "Traktor"un rəqibləri müəyyənləşdi

ÇL-da Cənubi Azərbaycan klubu "Traktor"un rəqibləri müəyyənləşdi

Təbrizin "Traktor" komandasının 2025-26 mövsümündə Asiya Çempionlar Liqasının B Liqasındakı rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi doğma azarkeşlər önündə "Əl-Sədd" (Qətər), "Əl-Şorta" (İraq), "Əl-Duhail" (Qətər), "Əl-Vəhdə" (BƏƏ) klubları ilə qarşılaşacaq.

"Traktor" səfərdə "Şabab Əl-Əhli" (BƏƏ), "Nasaf" (Özbəkistan), "Şarjah" (BƏƏ) və "Əl-Qarafa"nın (Qətər) qonağı olacaq.

Çempionlar Liqasında mövsümə sentyabrın 15-də start veriləcək.

Xatırladaq ki, 2024/2025 mövsümündə ilk dəfə İran çempionu olan "Traktor" tarixində Superkubokun da qalibi olub.