Abdullayevin təyinatı açıqlandı
Azərbaycan 1-ci Liqasında mübarizə aparan "Səbail"in yeni baş məşqçisi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Elnur Abdullayev Bayıl təmsilçisinin çalışdırıcısı təyin edilib.
O, bu postda Adil Şükürovu əvəzləyib.
Xatırladaq ki, Elnur Abdullayevin son iş yeri "Şahdağ Qusar" klubu olub.
Onun komandası 2025/2026 sezonunu 43 xalla 5-ci pillədə bitirib.


