Tovuz akademiyasında çalışan məşqçilər hesabat verdilər

 Tovuz akademiyasında çalışan məşqçilər hesabat verdilər

"Turan Tovuz"un futbol akademiyasında çalışan məşqçilərlə növbəti toplantı baş tutub.

"Mediasport" xəbər verir ki, uşaq futbolunun inkişafı üzrə direktor Eltay Aslanov və koordinator Ülfət Mədətovun rəhbərliyi altında keçirilən iclasda məşçilərin hesabatı dinlənilib, fikir mübadiləsi aparılıb.

Daha sonra müvafiq kateqoriya kurslarına hazırlaşan məşqçilər üçün nəzəri dərslər keçirilib.