"Qarabağ"da baş məşqçi mənə həmişə etimad göstərirdi"

"Qarabağ"da baş məşqçi mənə həmişə etimad göstərirdi"

3 dönəm “Qarabağ”da oynamış Riçard Almeyda Azərbaycanda keçirdiyi günləri yada salıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının sabiq futbolçusu braziliyalı həmkarlarımıza açıqlamasında ölkəmizdə gözəl günlər yaşadığını bildirib.

Milliləşdirilmiş cənubi amerikalı Ağdam klubunun uğurlarında pay sahibi olduğunu vurğulayıb:

“Qarabağ”da fasilələrlə 14 il oynadım, təxminən 10 ildən çox əsas heyətin üzvü olmuşam. Baş məşqçi mənə həmişə etimad göstərirdi. Fikrimcə, həm meydanda, həm də ondan kənarda lideriyi bacarmışam".

"Atlılar"ın heyətində 8 dəfə Azərbaycan çempionluğu yaşamış yarımmüdafiəçi uşaqlıq arzusunun - UEFA Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyinin 2017/2018-ci illər mövsümündə reallaşdığını qeyd edib:

"Çelsi”, “Roma”, “Atletiko” kimi nəhənglərlə qarşılaşmaq möhtəşəm hisslər idi. Gənc yaşlarımda Çempionlar Liqasına baxanda atama bu turnirdə oynamaq arzumun olduğunu yadıma salıram. Allaha şükür ki, buna nail oldum".

Xatırladaq ki, karyerasını hazırda vətənində - D Seriyasında yarışan "Piraçiçaba” klubunda davam etdirən Almeyda "Qarabağ"da ümumilikdə 260-a yaxın matçda 50 qol vurub.

O, 2017-2023-cü illərdə 31 dəfə Azərbaycan yığmasının formasını geyinib, 3 dəfə fərqlənib.