"U-20 dünya çempionatı geniş imkanlar yaradır" - Rövşən Nəcəf

"U-20 dünya çempionatı geniş imkanlar yaradır" - Rövşən Nəcəf

“FIFA U-20 Dünya Çempionatı 2027 müxtəlif ölkələrdən olan gənc futbolçulara öz istedadlarını nümayiş etdirmək, dəyərli beynəlxalq təcrübə qazanmaq və karyeralarında irəliyə doğru mühüm addım atmaq üçün geniş imkanlar yaradır".

"Mediasport" xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövşən Nəcəf deyib.

Federasiya rəhbəri FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi brendi təqdimatına münasibət bildirərək düşüncələrini bölüşüb:

"İnanırıq ki, turnir yüksək səviyyəli idman yarışı olmaqla yanaşı, gənc futbolçuların inkişafına və azarkeşlərin futbola marağının daha da artmasına xidmət edən mühüm platforma olacaq”.

Xatırladaq ki, Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi 20 yaşadək (U-20) futbolçular arasında dünya çempionatının final mərhələsi 2027-ci ilin may və iyun aylarında keçiriləcək.