Ayxan Abbasov milli komandada fəaliyyətə başladı - FOTOSESSİYA

Ayxan Abbasov milli komandada fəaliyyətə başladı - FOTOSESSİYA

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı başlanıb.

"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun ixtiyarına verilən yığma bu gün Türkiyənin Antalya şəhərinə yollanacaq.

Hazırlıq martın 26-dək davam edəcək.

Kollektiv Türkiyədə toplanış çərçivəsində iki yoxlama matçı keçirəcək.

Martın 22-də rəqib Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası olacaq.