"Zirə" KL-in 3-cü təsnifatında Andorra klubu ilə qarşılaşa bilər
UEFA Avropa Konfrans Liqasında təmsilçimiz "Zirə"nin turnirin III təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.
"Mediasport" xəbər verir ki, "qartallar" 3-cü raunda vəsiqə qazansalar, "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcəklər.
III təsnifat mərhələsinin matçları 6 və 13 avqustda keçiriləcək.
Xatırladaq ki, Rəşad Sadıqovun komandası 2-ci təsnifatda Estoniyanın "Payde" kollektivi ilə qarşılaşacaq.


