"Sumqayıt" yubiley qolunu vurub

"Sumqayıt" yubiley qolunu vurub

"Sumqayıt" Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü səfər qolunu vurub.

"Mediasport" xəbər verir ki, bu, Misli Premyer Liqasının VI turuna təsadüf edib.

"Sabah"la görüşdə (1:1) fərqlənən Rüstəm Əhmədzadə yubiley qolunun müəllifi olub. 200-cü səfər qolu rəqib meydanlarındakı 221-ci matçda qeydə alınıb.

"Sumqayıt" turnirin tarixində səfərdə ən azı 200 qol vuran 9-cu komandadır.

Qeyd edək ki, Sumqayıtın eyniadlı təmsilçisinin Premyer Liqada, həm də səfərdəki ilk qolunun müəllifi Eşqin Quliyev olub.

O, 2011-ci il avqustun 6-da "Xəzər Lənkəran"la səfər qarşılaşmasında (1:2) fərqlənib.