"Sumqayıt"ın Qəbələdə Premyer Liqa klubları ilə üz-üzə gələcək

"Sumqayıt"ın Qəbələ toplanışı zamanı keçirəcəyi yoxlama görüşlərindəki rəqibləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Saşa İliçin komandası 4 matç keçirəcək.
Sumqayıt təmsilçisi iyulun 27-də və avqustun 7-də "Qəbələ", iyulun 31-də "Kəpəz", avqustun 3-də isə "Şamaxı" ilə qarşılaşacaq.
Oyunların başlama saatı hələ dəqiqləşməyib.