Kamal Umudlu Avropa Konfrans Liqası oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA-dan təyinat alıb.
"Mediasport" xəbər verir ki, K.Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İberiya” (Tbilisi, Gürcüstan) – “Levadiya” (Estoniya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Namik Huseynov və Vusal Mammadov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
İyulun 29-da Tbilisi şəhərində yerləşən Mixail Mesxi adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.