"Qarabağ"ın futbolçusu assist etdi, yığması B Liqasına yüksəldi
“Qarabağ”ın futbolçusu Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi UEFA Millətlər Liqasında sonuncu oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Kipr yığmasının qonağı olan Mirko Vuçiniçin komandası rəqibini 4:1 hesabı ilə məğlub edib.
90 dəqiqə meydanda olan Yankoviç bu dəfə də qol ötürməsi ilə yadda qalıb.
Monteneqro yığması 16 xalla qrupu ldier başa vuraraq B Liqasına yüksəlib.

