Əliyar Ağayev bu dəfə 1-ci Liqa oyununda hakimlik edəcək

Əliyar Ağayev bu dəfə 1-ci Liqa oyununda hakimlik edəcək

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 26-cı hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, tur iki oyun gününü əhatə edəcək.

Bütün görüşlər 17:00-da start götürəcək və Peşəkar Futbol Liqasının "I Liqa / II Liqa" "YouTube" kanalında canlı yayımlanacaq.

Azərbaycan Kubokunun ilk yarımfinal matçında ("Turan Tovuz" - "Zirə") yol verdiyi kobud səhvlərdən sonra AFFA Hakimlər Komitəsi tərəfindən ciddi cəzalandırılan FİFA referisi Əliyar Ağayev bu dəfə 1-ci Liqada iş başında olacaq.

Premyer Liqada 5 turdan çoxdur oyun idarə etməyən Ağayev ötən həftə 2-ci Liqaya təyinat almışdı.

Elitanın digər hakimi Rauf Cabarov isə liqada qalmağa çalışan kollektivlərin duelində ədaləti qorumalıdır.

Xatırladaq ki, lider "Şəfa"ya erkən çempionluq üçün qələbə kifayət edəcək.


Azərbaycan 1-ci Liqası. 26-cı tur


14 may (cümə axşamı)

"Şimal" - "Difai"

Hakimlər: Rauf Cabarov, Rasim Axundov, Zakir Şükürzadə, Ruslan Quliyev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Törə Əhmədova

Şamaxı OİK stadionu.

15 may (cümə)

"Mingəçevir" - MOİK

Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Rəşad Qliyev, Səbuhi Bayramov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldar Məmmədov

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

"Səbail" - "Şahdağ Qusar"

Hakimlər: Əliyar Ağayev, Sənan Atayev, Rəhman Aslanov, Murad Səlimov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Seymur Səlimli

"Bayıl Arena".

"Baku Sportinq" - "Zaqatala"

Hakimlər: Maqsud Şamıyev, Zöhrab Abbasov, Kərim Zeynalov, Nicat İsmayıllı

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Buzovna qəsəbə stadionu.

"Şəfa" - "Cəbrayıl"

Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Emin Cəfərov

Binə qəsəbə stadionu.