"Enfild"dəki "Liverpul" - "Qarabağ" matçı azarkeş sayında 3-cü oldu

"Enfild"dəki "Liverpul" - "Qarabağ" matçı azarkeş sayında 3-cü oldu

Dünən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turu çərçivəsində baş tutmuş "Liverpul" - "Qarabağ" oyunu diqqət mərkəzinə düşüb.

"Mediasport" xəbər verir ki, "Enfild" stadionunda keçirilmiş qarşılaşma azarkeş sayına görə gecənin 18 matçı arasında üçüncü yeri tutub.

Görüşdə 60043 tərəfdar qeydə alınıb.

Sıralamanın lider 81365 azarkeşlə "Borussiya" (Dortmund, Almaniya) - "İnter" duelinin oynanıldığı "Siqnal İduna Park" olub.

Portuqaliyanın paytaxtı Lissabonda reallaşan "Benfika" (Portuqaliya) - "Real" (İspaniya) matçı 64305 tamaşaçı ilə ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan çempionu "Qarabağ" İngiltərə səfərində 0:6 hesabı ilə uduzsa da, yekunda 10 xalla tarixində ilk dəfə yarışın pley-off mərhələsinə yüksəlib.