"Benfika" - "Qarabağ" oyununun ən yaxşı futbolçusu müəyyənləşdi

UEFA Çempionlar Liqasında əsas mərhələnin ilk turu çərçivəsində keçirilmiş "Benfika" - "Qarabağ" oyununun ən yaxşı futbolçusu müəyyənləşib.
"Mediasport" xəbər verir ki, UEFA-nın texniki müşahidəçilər qrupunun yekun rəyinə əsasən, görüşün oyunçusu Ağdam klubunun üzvü Pedro Bikalyo seçilib.
Münsiflər yekdilliklə braziliyalıya səs veriblər.
Xatırladaq ki, Portuqaliyada tarixi nailiyyətə imza atan Qurban Qurbanovun komandası 3:2 hesablı qələbə qazanıb.